7 ev və 2 avtomobildən oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

http://cdn.musavat.com/news/thumbnails/77904078ec692ff2505a1c5e83493f8a.jpg
















Gəncədə oğurluq edən keçmiş məhkum saxlanılıb.

ARB TV xəbər verir ki, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib.

Görülən tədbirlərlə M.Əzizov da tutulub. Onun cari il avqust- noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması da müəyyən edilib.
loading...