Salyan: bir körpünün tarixçəsi

https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/15128777244316212687_1000x669.jpg

Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində inşa olunan və indi yararsız hala düşən körpü bir vaxtlar Salyanın simvolu sayılırdı.

maraqli.infoAZƏRTAC-a istinadən xəbər verir ki, uzunluğu 350 metr olan dəmir konstruksiyalı bu körpü 71 il bundan əvvəl tikilib. Körpü tikilənə qədər isə Kür çayı üzərində quraşdırılmış pantonlardan istifadə edilirdi ki, bu da keçid zamanı uzun növbələrin yaranmasına səbəb olurdu.

Körpünün maraqlı tarixçəsi var. Onun tikintisinə İkinci Dünya müharibəsi qurtardıqdan sonra Uzaq Şərq körpü-tikinti idarəsinin mühəndisi, mayor Florovun rəhbərliyi ilə başlanılıb. Tədqiqatçı Fəxrəddin Fərzəliyev bildirir ki, körpünün tikintisi 1946-cı ilin yanvarından may ayına kimi davam edib. İşçi qüvvəsi kimi 1943-cü ildə Stalinqrad döyüşlərində əsir alınaraq Salyandakı hərbi hissədə saxlanılan almanlardan istifadə olunub. Onların arasında hərbi tribunalın qərarı ilə 25 il azadlıq məhrum edilən, Bavariyada körpü tikintisi üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc alman da vardı. Körpünün küləkli havada yellənməsinin qarşısını almaqdan ötrü onun üzərində dəmir konstruksiyalar quraşdırılıb. Altı ədəd dayaq üzərində yerləşən körpü 1946-cı ilin mayın 9-da istifadəyə verilib. Onun hər ili tərəfində iki şir heykəli qoyulmuşdu. Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, o vaxtlar SSRİ rəhbərliyində təmsil olunan daşnaq xislətli Mikoyan 1965-ci ildə cənub bölgəsinə gedərkən bu heykəllərin İranın dövlət simvolu olduğunu deyərək, onları götürdüb.

El arasında “Salyan körpüsü” kimi tanınan bu tarixi tikili ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkəti nəticəsində yararsız hala düşdüyü üçün ötən əsrin 90-ci illərində istifadəsinə qadağa qoyulub. Hazırda onun yaxınlığında tikilən alternativ körpüdən istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
loading...