Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verəcək

https://i.virtualaz.org/220012_res_01.jpg

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib. Sorğu-sual dekabrın 18-nə təyin olunub.

"Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", — deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.

Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb.
loading...