Dünyanın ən maraqlı YENİ İL ADƏTLƏRİ - VİDEO

http://xezerxeber.az/photos/xx/5a48e1389eb49_happy_new_year.jpg


















Dünyanın hər yerində bütün insanlar yeni ili yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyir. Ancaq bayrami hərə öz adət-ənənəsinə uyğun qarşılayır.


maraqli.info Xezerxeber.az-in məlumatına əsasən xəbər verir. Avropa ölkəsi olan Fransada Şaxta baba "Per Noel" yəni "Noel ata" adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Bu ölkədə bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.


İtaliyada Yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri olur. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.


Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır.


Almanlar Yeni il gecəsi saat 12-də ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.


İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına üzüm yemək üçün axışır, həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.


Yeni il İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı zibil atmaq bəhanəsilə evdən çıxır və Şaxta baba obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.


Rusiyada isə Yeni il ən çox sevilən bayramdır. Bu ənənənin əsası 300 il bundan əvvəl birinci Pyotrun əmri ilə qoyulub. Məhz küknar ağacını bəzəmək 19-cu əsrin axırlarından dəbə minib.


ABŞ-da Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.


Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.


Yaponiyada Yeni il günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.


Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.


Dünyanın o biri başında yerləşən Avstraliyada Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər.


loading...