Impera

XƏBƏR LENTİ
11:17Kişi avtobusda qaşındı, qız "təcavüz edir" deyib, polisə verdi - FOTO11:14Yasamalda insan vəhşiliyi - İnəyi maşına bağlayıb küçədə sürüdülər - VİDEO11:12Aparıcı: "Abırsızlıqla cəsarəti qarışdırırlar"12:08Ailəsindən ayrı yaşayan 15 yaşlı qız hamilə qaldı - Anasının etdikləri dəhşətə gətirir - VİDEO - FOTO12:04"Təcavüzkarlar əməliyyatla qadın olub, qalan həyatlarını fahişəlik etsinlər" - FOTO11:53“Bu söyüşlərin bir axırı olmalıydı… “ - Fəzail Ağamalı11:51Ermənilər azərbaycanlıların qəbirlərini təhqir etdi - VİDEO11:49İTV efirində inanılmaz şərh - "Altdan yuxarı..." - VİDEO16:33İlham Əliyev sənədli filmə çəkildi - VİDEO16:31Yunis Səfərov "Xəzər Xəbər"ə danışdı - AÇIQLAMA - VİDEO21:23“İcra başçıları niyə mühafizəçi gəzdirməlidir, onlar xalqın yanında olmalıdır” - Deputat18:21"Ər işə yaramırsa, icazə versin arvadı normal biri ilə yatsın" - Könüldən ŞOK SÖZLƏR02:46Açıq-saçıq şəkilləri yayılan azərbaycanlı aktrisa - Əgər kiminsə keyfini açıramsa ... - VİDEO - FOTO02:28Gəncənin icra başçısına qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub - YENİLƏNİB02:27Gəncənin icra başçısını kim güllələyib?21:44SON DƏQİQƏ: İran qarışdı: Rejim kütləyə atəş açdı - VİDEO12:59"Maaşlar artırılır, sahibkarlara isə xüsusi güzəşt…" - Millət vəkili18:5556 yaşlı kişi ilə əxlaqsızlıq edən qadın gizli kameraya düşdü - FOTO18:52Evə uşaq hazırlaşdırmağa gələn müəllim qıza təcavüz etdi - FOTO14:14"Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü" - Azərbaycanda intihar14:13Bakıda şok hadisə - Polis öz silahı ilə intihar etdi18:27Evlənmək istədiyi 17 yaşlı qıza meşədə 6 saat boyunca təcavüz etdi - Qubada18:24Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir - MÜHARİBƏ MƏŞQİ18:14Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...18:06Müharibə variantı reallaşır: İrəvanın Dağlıq Qarabağ PLANINA ZƏRBƏ18:05Azyaşlı qızı hamilə qoyan oğlan həbs olundu23:12Anasının erotik rəqsini görən azyaşlı qız utancından bilmədi nə etsin - VİDEO23:11Azərbaycanlı aparıcını şəkillərinə görə tənqid etdilər: "Pullu kişi axtarır" - FOTOLAR14:50Ölkədə bu xərclərdə ARTIRILDI - iyulun 1-dən qüvvəyə minəcək14:47Qatarda üzərində bomba quraşdırılmış sərnişin tutuldu - VİDEO13:34Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü videolentə aldı13:30Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO13:26Bakı metrosunda qızı geyiminə görə döydülər - VİDEO13:24Azəri qızı Güneli belə görməmişdiniz - VİDEO18:46“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər- FOTO16:58“Atasının ölümünə səbəb qızıdır” - Aytac Vidadiqızının ögey anası DANIŞDI - VİDEO23:39Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı23:38Hüseyn Əzizoğlunun anası Rozanı məhkəməyə verir — SƏBƏB - VİDEO16:45"Ərli qadın 2-3 kişi ilə görüşür, amma ərsiz özünə kişi tapanda deyirlər ..." - Könüldən SƏRT İSMARIC16:30Ermənilər quzu otaran qızı güllələdi - VİDEO16:29DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib08:23"Kaş üzümü dartdırıb, krem vurardım" - Əlikram08:18"Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - Video08:12“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”18:55"Kişiliyimə şübhən varsa, qəbuluma düş ..." - Efirdə GƏRGİNLİK - VİDEO - FOTO11:09Ankaradan Bakıya mühüm Qarabağ mesajı - “Savaş başlasa...”11:05"İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır" - Millət vəkili02:05“Fazil Mustafa kimdir ki, ondan çəkinim” - Səfirdən deputata SƏRT CAVAB01:49Şamaxıda insanlar qorxuda - 4 kəndlə əlaqə kəsildi - VİDEO19:27Dünya Çempionatının təqvimi - AÇIQLANDI19:22Yalnız bu bağçaların lisenziyası var - SİYAHI19:12Hamilə müəllimələrə ŞAD XƏBƏR - Əmək Məcəlləsinə dəyişiklik edildi19:08Bu qız əvvəl zorlanacaq, sonra edam ediləcək - Məhkəmədən ŞOK QƏRAR - FOTOFAKT19:04Fərda Hüseyn Əzizoğlunu biabır etdi - VİDEO19:02Sürücülərin NƏZƏRİNƏ: vəsiqələrin rüsumu artırıla BİLƏR18:30Millət vəkilindən sərt etiraz: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir18:28Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi18:22“Pul vermisən ki, səni...” - Aysel Pərvini susdurdu - QALMAQAL18:18"Hüseyn Əzizoğlu düz deyir, o kişi deyil" - Canlı yayımda SƏRT AÇIQLAMA - VİDEO18:16Xalq artistinin dünyaca məşhur modelə bənzəyən qızı - FOTO00:316 yaşlı uşaq mənzildə gizli otaq tapdı - İçindən çıxanlar hamını sevincə qərq etdi - FOTOLAR22:11Əlili soyundurub, butulka ilə... - Gəncədə BİABIRÇILIQ19:50Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...19:48Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - Özəl siyahı19:3814 Yaşlı qızı uzun müddət zorlayıb boğaraq öldürdülər19:32Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb19:00“Allah Məhəmmədin hakimiyyətə gəlmək üçün uydurduğu nağıldır, Quran da o nağılın kitabı” – FOTOFAKT18:53Paşinyan Azərbaycanı HƏDƏLƏDİ: "Sülh istəmirlər, müharibə edərik"12:41Porno saytlara giriş yasaqlana bilər . Millət vəkilləri belə istəyir - FOTO12:39"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA - VİDEO12:14Müğənni Elton "İnfiniti" ilə YPX maşınını əzdi - Yaralananlar var - FOTO12:10Azərbaycanlı müğənninin NARKOTİK TİCARƏTİ - ŞOK TƏFƏRRÜAT03:21Azərbaycanda BİABIRÇILIQ - Bu qadın 8 ildir ərinə xəyanət edir - "onu sevirəm" - VİDEO01:24Ramazanın 22-ci gününün duası - imsak və iftar vaxtı01:19Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi - Polis rəisinin “başı dərddə…” - VİDEO01:16Nikola Qərbdən yaşıl işıq - Kremli İrəvandan çıxarmaq üçün...01:12İrəvanda yeni aksiya - Qareginin istefası tələb edilir - VİDEO01:10Canlı yayım bitən kimi jurnalist soyuldu - VİDEO01:03Fazil Mustafadan SƏRT REAKSİYA: “Biz onların özlərini tarixin zibil qutusuna atacağıq”00:40"Mən çatdırmıram ona" - Xatirənin etirafı canlı yayıma DAMĞA VURDU - VİDEO00:35Bakıda ağacları kəsib yerində bina tikirlər - VİDEO00:33Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür… - VİDEO00:28İlhamə və Cavidan söz savaşına çıxdı: "İştirakçıları sındırmağı xoşlayır" - VİDEO21:55Azərbaycanlı əsiri evində qul kimi işlədən - ERMƏNİ GENERAL BUNU DA ETDİ21:52Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI21:48Bu müəllimlərin maaşı artırılacaq21:47Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından AÇIQLAMA21:43Lotu Quli Bakıya niyə gəlib? Afaq Aslandan sürpriz AÇIQLAMA21:40Bakıda bu yollarda hərəkət qadağan ediləcək - SİYAHI21:38Qvardiola cəzalandırıldı20:18Azərbaycanda bu kəndlərin adı dəyişdirilir - YENİ ADLAR20:14Beyin ölümü keçirənlərdən donor kimi istifadə ediləcək18:0417 rayonun icra başçısı vəzifəsindən azad ediləcək - Prezidentə ərizə yazanlar da var18:02Ordu gizli şəkildə hücuma hazırlaşır - Əsir düşmüş əsgər SİRLƏRİ AÇDI13:01Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların satışı QADAĞAN ediləcək12:59"Qarabağ" ilk transferini gerçəkləşdirdi12:57Ruhi holdinq rəhbəri oldu - Video + Fotolar12:44“Azer Yapı Market” MMC döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"12:26“Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları – FOTO12:22Bu icra başçılarıda gedəcək -DİQQƏT
BÜTÜN XƏBƏRLƏR

“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

16 Haz 2018, 08:12   
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”



Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma “dqr” rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.

D.Babayan deyir ki, aprel ayından başlayaraq Azərbaycan ordusu təmas xəttində cəmləşmə həyata keçirir, Azərbaycan ərazisinin dərinliklərində dislokasiya olunmuş hərbi birləşmələr cəbhə xəttinə yaxın yerləşdirilib və indiyə qədər geri çəkilməyib. Onun bildirdiyinə görə cəmləşmə əsasən Ağdam və Füzuli istiqamətində həyata keçirilir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 14-də Yerevanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın təmas xəttində hərbi texnika və canlı qüvvə cəmləşdirməsi hətta Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda davam edib. Bu da ciddi narahatlıq doğurur.

Azərbaycan Müdafiə Nazirliyi günlərdir erməni tərəfinin qaldırdığı bu hay-küyü şərh etmir və düz edir. Axı Azərbaycan ordusunun bölmələrinin ölkə əraziləri boyu hər hansı yerdəyişməsi, bölmələrin hansısa gündəlik təlim-məşq toplantıları üçün kazarmalarını tərk etməsi belə Ermənistanda qorxu yaradırsa bunu şərh etməyə, hansısa izahat verməyə nə lüzum? Azərbaycan ərazilərini işğal altında saxlayanlar daim qorxmaqda, təşviş keçirməkdə haqlıdır və hansısa izahat verib onları sakitləşdirməyə ehtiyac yoxdur.

Digər tərəfdən hərb elminə az-çox bələd olanlar bilir ki, hücuma hazırlaşan tərəf ermənilərin kvadrakopterlə çəkib yaydıqları görüntülərdə olduğu formada, yəni günün günorta çağı, heç bir maskalanma aparmadan və nümayişkarənə şəkildə cəmləşmə həyata keçirmir. Amma erməni tərəfi Azərbaycan ordusunun bölmələrinin təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk edib poliqonlara hərəkətini çəkib yaymaqla guya ayıq-sayıqlığını nümayiş etdirir.

Hansı ki, indi kvadrakopterlərlə 10-15 km. dərinlikdə çəkilişlər aparıb bunu yaymaqla heç kimi təəcübləndirmək mümkün deyil. Azərbaycan ordusunun pilotsuz kəşfiyyat təyyarələri düşmən nəzarəti altında olan bütün əraziləri az qala online izləmək imkanındadır, amma Bakı erməni qüvvələrinin məsələn, Qubadlıdan Füzuli istiqamətində hərəkətinə dair hansısa görüntüləri yayıb bundan təbliğat məqsədi ilə istifadə etmir.

Erməni tərəfinə isə bu hədsiz gərəklidir. Çünki Ermənistanın ardınca Dağlıq Qarabağdakı hərbi-polis rejimi də ciddi laxlayıb, çökmək üzrədir. Xankəndində yerli xüsusi xidmət əməkdaşlarının özbaşınalıqlarına etiraz olaraq başlayan etirazlar güc strukturlarının və “hökumətin” rəhbərliyinin istefasına gətirib çıxardı. Amma etirazlar dayanmayıb. Ermənilər keçmiş xüsusi xidmət agenti Bako Saakyanın rejiminin tamamilə istefa verməsini tələb edirlər. Hansı ki, Saakyanın 2020-ci il “seçkilərində” namizədliyini irəli sürməyəcəyi haqda bəyanatı da etirazçıları sakitləşdirməyib. İyunun 13-də müxalif “Milli dirçəliş” partiyasının Xankəndinin mərkəzində mitinq keçirməsinə icazə verilməsə də etirazçılar parklardan birinə yığışıb Saakyanın istefasını tələb ediblər.

Belə vəziyyətdə Azərbaycan qoşunlarının təmas xəttində cəmləşdirilməsi barədə hay-küy Qarabağdakı hərbi-polis rejimi üçün az qala yeganə xilas yolu kimi görünür. Ermənistanda da etirazlar başlayanda Serj Sərkisyanın komandası eyni taktikadan istifadə etdi, amma işə yaramadı.

Qatı ermənipərəst rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyir ki, Azərbaycan son hərəkətləri ilə (yəni Naxçıvanda mövqelərin irəli çəkilməsi, Qarabağda qoşun cəmləşdirilməsi, yeni raketlərin nümayişi və s.) Ermənistana təzyiq göstərmək istəyir. Onun fikrincə güc aləti ilə təzyq hələ başlanğıcdır və Nikol Paşinyanın hökumətinin sınağa çəkilməsidir.

“Əgər erməni tərəfi bunlara ciddi reaksiya verməsə 2016-cı ilin aprel hərbi əməliyyatlarının təkrarı mümkündür”-Yevseyev “Rusarminfo”ya deyir.

Ermənipərəst ekspertin fikrincə hadisələrin iki mümkün inkişaf ssenarisi var. Birinci ssenariyə əsasən Ermənistan Dağlıq Qarabağın ətrafındakı bufer zonasını (ətraf rayonları) özü qaytarır. İkinci ssenariyə əsasən Azərbaycan hərbi əməliyyatlara başlayır.

Ermənistanda bu cür təşvişin, narahatlığın hökm sürdüyü bir vaxtda Minsk Qrupu həmsədrləri Yeerevanda keçirdikləri görüşlərin nəticəsi barədə bəyanatla çıxış ediblər. Diplomatların bu səfəri Ermənistanın yeni rəhbərliyi ilə tanışlıq və onların danışıqların davamına nə dərəcədə sadiq olduğunu aydınlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, baş nazir Paşinyan bir neçə dəfə populist bəyanatlar verərək Ermənistanın Dağlıq Qarabağın adından danışıqlar aparmayacağını, “dqr”in danışıqlar masasına qayıtmalı olduğunu demişdi. Bu da elə Ermənistanın özündə də Paşinyanın opponentləri tərəfindən danışıqlardan faktiki imtina kimi dəyərləndirilmişdi.

İndi isəhəmsədrlər bəyan edir ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Və “çox tezliklə” xarici işlər nazirlərinin görüşünün baş tutacağı gözlənilir.(repost.aza istinad)
loading...