Impera

XƏBƏR LENTİ
11:17Kişi avtobusda qaşındı, qız "təcavüz edir" deyib, polisə verdi - FOTO11:14Yasamalda insan vəhşiliyi - İnəyi maşına bağlayıb küçədə sürüdülər - VİDEO11:12Aparıcı: "Abırsızlıqla cəsarəti qarışdırırlar"12:08Ailəsindən ayrı yaşayan 15 yaşlı qız hamilə qaldı - Anasının etdikləri dəhşətə gətirir - VİDEO - FOTO12:04"Təcavüzkarlar əməliyyatla qadın olub, qalan həyatlarını fahişəlik etsinlər" - FOTO11:53“Bu söyüşlərin bir axırı olmalıydı… “ - Fəzail Ağamalı11:51Ermənilər azərbaycanlıların qəbirlərini təhqir etdi - VİDEO11:49İTV efirində inanılmaz şərh - "Altdan yuxarı..." - VİDEO16:33İlham Əliyev sənədli filmə çəkildi - VİDEO16:31Yunis Səfərov "Xəzər Xəbər"ə danışdı - AÇIQLAMA - VİDEO21:23“İcra başçıları niyə mühafizəçi gəzdirməlidir, onlar xalqın yanında olmalıdır” - Deputat18:21"Ər işə yaramırsa, icazə versin arvadı normal biri ilə yatsın" - Könüldən ŞOK SÖZLƏR02:46Açıq-saçıq şəkilləri yayılan azərbaycanlı aktrisa - Əgər kiminsə keyfini açıramsa ... - VİDEO - FOTO02:28Gəncənin icra başçısına qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub - YENİLƏNİB02:27Gəncənin icra başçısını kim güllələyib?21:44SON DƏQİQƏ: İran qarışdı: Rejim kütləyə atəş açdı - VİDEO12:59"Maaşlar artırılır, sahibkarlara isə xüsusi güzəşt…" - Millət vəkili18:5556 yaşlı kişi ilə əxlaqsızlıq edən qadın gizli kameraya düşdü - FOTO18:52Evə uşaq hazırlaşdırmağa gələn müəllim qıza təcavüz etdi - FOTO14:14"Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü" - Azərbaycanda intihar14:13Bakıda şok hadisə - Polis öz silahı ilə intihar etdi18:27Evlənmək istədiyi 17 yaşlı qıza meşədə 6 saat boyunca təcavüz etdi - Qubada18:24Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir - MÜHARİBƏ MƏŞQİ18:14Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...18:06Müharibə variantı reallaşır: İrəvanın Dağlıq Qarabağ PLANINA ZƏRBƏ18:05Azyaşlı qızı hamilə qoyan oğlan həbs olundu23:12Anasının erotik rəqsini görən azyaşlı qız utancından bilmədi nə etsin - VİDEO23:11Azərbaycanlı aparıcını şəkillərinə görə tənqid etdilər: "Pullu kişi axtarır" - FOTOLAR14:50Ölkədə bu xərclərdə ARTIRILDI - iyulun 1-dən qüvvəyə minəcək14:47Qatarda üzərində bomba quraşdırılmış sərnişin tutuldu - VİDEO13:34Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü videolentə aldı13:30Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO13:26Bakı metrosunda qızı geyiminə görə döydülər - VİDEO13:24Azəri qızı Güneli belə görməmişdiniz - VİDEO18:46“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər- FOTO16:58“Atasının ölümünə səbəb qızıdır” - Aytac Vidadiqızının ögey anası DANIŞDI - VİDEO23:39Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı23:38Hüseyn Əzizoğlunun anası Rozanı məhkəməyə verir — SƏBƏB - VİDEO16:45"Ərli qadın 2-3 kişi ilə görüşür, amma ərsiz özünə kişi tapanda deyirlər ..." - Könüldən SƏRT İSMARIC16:30Ermənilər quzu otaran qızı güllələdi - VİDEO16:29DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib08:23"Kaş üzümü dartdırıb, krem vurardım" - Əlikram08:18"Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - Video08:12“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”18:55"Kişiliyimə şübhən varsa, qəbuluma düş ..." - Efirdə GƏRGİNLİK - VİDEO - FOTO11:09Ankaradan Bakıya mühüm Qarabağ mesajı - “Savaş başlasa...”11:05"İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır" - Millət vəkili02:05“Fazil Mustafa kimdir ki, ondan çəkinim” - Səfirdən deputata SƏRT CAVAB01:49Şamaxıda insanlar qorxuda - 4 kəndlə əlaqə kəsildi - VİDEO19:27Dünya Çempionatının təqvimi - AÇIQLANDI19:22Yalnız bu bağçaların lisenziyası var - SİYAHI19:12Hamilə müəllimələrə ŞAD XƏBƏR - Əmək Məcəlləsinə dəyişiklik edildi19:08Bu qız əvvəl zorlanacaq, sonra edam ediləcək - Məhkəmədən ŞOK QƏRAR - FOTOFAKT19:04Fərda Hüseyn Əzizoğlunu biabır etdi - VİDEO19:02Sürücülərin NƏZƏRİNƏ: vəsiqələrin rüsumu artırıla BİLƏR18:30Millət vəkilindən sərt etiraz: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir18:28Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi18:22“Pul vermisən ki, səni...” - Aysel Pərvini susdurdu - QALMAQAL18:18"Hüseyn Əzizoğlu düz deyir, o kişi deyil" - Canlı yayımda SƏRT AÇIQLAMA - VİDEO18:16Xalq artistinin dünyaca məşhur modelə bənzəyən qızı - FOTO00:316 yaşlı uşaq mənzildə gizli otaq tapdı - İçindən çıxanlar hamını sevincə qərq etdi - FOTOLAR22:11Əlili soyundurub, butulka ilə... - Gəncədə BİABIRÇILIQ19:50Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...19:48Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - Özəl siyahı19:3814 Yaşlı qızı uzun müddət zorlayıb boğaraq öldürdülər19:32Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb19:00“Allah Məhəmmədin hakimiyyətə gəlmək üçün uydurduğu nağıldır, Quran da o nağılın kitabı” – FOTOFAKT18:53Paşinyan Azərbaycanı HƏDƏLƏDİ: "Sülh istəmirlər, müharibə edərik"12:41Porno saytlara giriş yasaqlana bilər . Millət vəkilləri belə istəyir - FOTO12:39"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA - VİDEO12:14Müğənni Elton "İnfiniti" ilə YPX maşınını əzdi - Yaralananlar var - FOTO12:10Azərbaycanlı müğənninin NARKOTİK TİCARƏTİ - ŞOK TƏFƏRRÜAT03:21Azərbaycanda BİABIRÇILIQ - Bu qadın 8 ildir ərinə xəyanət edir - "onu sevirəm" - VİDEO01:24Ramazanın 22-ci gününün duası - imsak və iftar vaxtı01:19Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi - Polis rəisinin “başı dərddə…” - VİDEO01:16Nikola Qərbdən yaşıl işıq - Kremli İrəvandan çıxarmaq üçün...01:12İrəvanda yeni aksiya - Qareginin istefası tələb edilir - VİDEO01:10Canlı yayım bitən kimi jurnalist soyuldu - VİDEO01:03Fazil Mustafadan SƏRT REAKSİYA: “Biz onların özlərini tarixin zibil qutusuna atacağıq”00:40"Mən çatdırmıram ona" - Xatirənin etirafı canlı yayıma DAMĞA VURDU - VİDEO00:35Bakıda ağacları kəsib yerində bina tikirlər - VİDEO00:33Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür… - VİDEO00:28İlhamə və Cavidan söz savaşına çıxdı: "İştirakçıları sındırmağı xoşlayır" - VİDEO21:55Azərbaycanlı əsiri evində qul kimi işlədən - ERMƏNİ GENERAL BUNU DA ETDİ21:52Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI21:48Bu müəllimlərin maaşı artırılacaq21:47Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından AÇIQLAMA21:43Lotu Quli Bakıya niyə gəlib? Afaq Aslandan sürpriz AÇIQLAMA21:40Bakıda bu yollarda hərəkət qadağan ediləcək - SİYAHI21:38Qvardiola cəzalandırıldı20:18Azərbaycanda bu kəndlərin adı dəyişdirilir - YENİ ADLAR20:14Beyin ölümü keçirənlərdən donor kimi istifadə ediləcək18:0417 rayonun icra başçısı vəzifəsindən azad ediləcək - Prezidentə ərizə yazanlar da var18:02Ordu gizli şəkildə hücuma hazırlaşır - Əsir düşmüş əsgər SİRLƏRİ AÇDI13:01Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların satışı QADAĞAN ediləcək12:59"Qarabağ" ilk transferini gerçəkləşdirdi12:57Ruhi holdinq rəhbəri oldu - Video + Fotolar12:44“Azer Yapı Market” MMC döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"12:26“Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları – FOTO12:22Bu icra başçılarıda gedəcək -DİQQƏT
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...

28 Haz 2018, 18:14   
Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...



Sumqayıt şəhərində quldurluq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Asif Allahverdiyev və onun tanışı Şövqü Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Asif Allahverdiyev tanışı Şövqü Quliyev və istintaqla müəyyən olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.

Onlar 23 oktyabr 2016-cı il tarixdə, saat 23.00-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yaxınlığında dayanan Sadiq Əhmədovun (ad və soyad şərti verilib - red.) icarəyə götürüb və taksi kimi istifadə etdiyi "VAZ-21074" markalı avtomobilə qəflətən miniblər.

Bu zaman Şövqi Quliyev silah kimi istifadə etdiyi bıçağı Sadiq Əhmədovun boğaz nahiyəsinə dirəyib, xəsarət yetirəcəyi və üzünə çapıq qoyacağı ilə hədələyib. Asif Allahverdiyev isə şillə və yumruq zərbələri ilə Sadiq Əhmədovun bədəninin müxtəlif nahiyələrinə vurub.

Daha sonra onlar Sadiq Əhmədovla birlikdə olan, qeyri-rəsmi nikahda yaşadığı Samirə Babayevanı (ad və soyad şərti verilib - red.) zorlayacaqları ilə hədələyiblər. Onun üzərini axtararaq 400 manat pulunu götürüblər və sonra onu yerə düşürərək, dəyəri 2500 manat olan avtomobili götürərək, aradan çıxıblar.

"Sadiq Şövqini cəza çəkdiyi müəssisədən tanıyıb"

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, atası və anası tez rəhmətə getdiyi üçün ona nənəsi baxıb, baş vermiş hadisədən təxminən 7 ay qabaq o, qeyri-rəsmi yaşadığı Sadiq Əhmədovla təsadüfən tanış olub: "Sonra aramızda yaxın münasibətlər yarandı və həmin vaxtdan Rəşad adlı şəxsin evində, onunla və onun atası, anası ilə birlikdə yaşamışıq. Sadiq Vüqar adlı bir oğlandan "VAZ-21074" markalı avtomobili icarəyə götürüb, həmin avtomobillə taksi kimi fəaliyyət göstərdi. Bu cinayət hadisəsindən qabaq Şövqini və Asifi tanımamışam. Lakin Sadiq Şövqini əvvəllər cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən tanıyıb".

"Qaydanı pozduğu üçün polislər saxladı"

Samirə Babayevanın sözlərinə görə, oktyabrın 23-də, saat 22.00-da Sadiq idarə etdiyi avtomobillə mənim arxamca evə gəldi. Həmin vaxt Sadiqlə birlikdə Saray qəsəbəsində yerləşən bir evə kirayə qalmaq üçün köçməli olduq. Rəşad Sumqayıt şəhəri, 13-cü mikrorayon, "Şərq Bazarı"nın yanında olan dairənin yanında Şövqi ilə görüşməli olduğunu bildirdi. Rəşadla birlikdə onun idarə etdiyi avtomobildə həmin yerə getdik. Dairəni keçən kimi, Sadiq hərəkət qaydasını pozduğu üçün yol polisinin əməkdaşları bizi saxladı. Sadiq avtomobili yolun kənarında saxladı. Sonra yolun kənarında Şövqini gördük. Polis əməkdaşları qaydanı pozduğuna görə təxminən 10 dəqiqə Sadiqin adına protokol tərtib etdikdən sonra oradan getdik".

"Tanımadığım oğlanlar arxa oturacaqda əyləşdilər"

Samirə Babayeva qeyd edib ki, sükan arxasında olan zaman Şövqi Sadiqdən 6 qutu nəşəni necə etdiyini soruşub: "Sadiq isə həmin nəşənin avtomobilin qoltuq altının içərisində olduğunu bildirdi. Bu zaman Şövqi qoltuq altını açdı, oradan 6 ədəd kibrit qutularında olan nəşəni götürdü və cibinə qoydu. Sonradan onların söhbətindən başa düşdüm ki, 1 gün qabaq Sadiq Şövqidən təcili bir həftəlik 300 manat borc pul istəyib, Şövqinin yanında olan tanışı Asif Sadiqə 300 manat borc pul tapa bilməsini söz verib. Sonra isə Sadiqin idarə etdiyi avtomobili Xızı rayonunun Giləzi qəsəbəsində kiməsə girov qoyaraq, 300 manatın əvəzinə ona 6 kibrit qutusu nəşə verib. Şövqi avtomobilə oturandan sonra, avtomobilə sonradan adını Asif kimi tanıdığım və Asifin yanında olan 3 nəfər tanımadığım şəxs yaxınlaşdı, onlar da avtomobilə mindilər. Bu zaman Şövqi avtomobili işə salmaq istədi. Lakin avtomobil işə düşmədi. Şövqinin bir ayağı şikəst olduğundan, o, maşından düşmədi, digərləri yerə düşdü, avtomobili təcili tibbi yardım stansiyasının yanında olan məhəllənin içərisinə itələdilər. Orada yenə də avtomobilə mindilər. Şövqi avtomobilin sükanının arxasında oturdu, Sadiq Şövqinin yanında avtomobilin qabaq oturacağında əyləşdi. Asif və onlarla birlikdə olan 3 nəfər tanımadığım cavan oğlanlar avtomobilin arxa oturacağında əyləşdilər".

"Üzünə çapıq atacağı ilə hədələdi"

Samirə Babayeva bildirib ki, həmin zaman Asif şillə və yumruq zərbələri ilə Sadiqin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ondan pul istəyib: "Şövqidə qoltuq cibindən yekə bir bıçaq-xəncər çıxararaq, Sadiqin boğazına dirədi, onlara pul verməsini bildirdi. Pul verməsə, onun üzünə çapıq atacağı ilə hədələdi. Həmin zaman məndə 400 manat olub. Həmin vəsaiti kirayə pulu üçün saxlamışdım. Sadiq bu pul barədə bilməyib. Ona həmin pul barədə deməmişəm ki, xərclənməsin".

"Məni dəniz kənarında zorlayacaqlarını söylədilər"

Samirə Babayevanın sözlərinə görə, eyni zamanda, Şövqi ilə Asif onu da hədələməyə başlayıblar: "Dedilər ki, əgər onlara pul verməsək, mənim də üzümə çapıq atacaqlar. Sonra onlar Sadiqi avtomobildən düşürdülər, məni dəniz kənarına aparıb, orada zorlayacaqlarını söylədilər. Onlar avtomobilin yanacağının qurtardığını güman etdilər. Şövqi və Asiflə birlikdə gələn oğlanlar avtomobildən düşdülər, onlardan biri hansısa başqa bir maşına oturaraq getdi və bir qədər sonra haradansa iki litr benzin gətirdi. Asif Sadiqə benzini avtomobilin bakına boşaltmağını söylədi. Sadiq də avtomobildən düşərək benzini avtomobilin bakına boşaltdı. Mən isə avtomobilin içərisində qaldım. Sadiq benzini avtomobilin bakına boşaldana kimi Şövqi ilə Asif üstümə qışqıraraq və məni hədələyərək, pul tələb etdilər. Məni öldürücəklərini və zorlayacaqlarını bildirdilər. Dedilər ki, əgər onlara pul verməsək, onu yanlarındakı oğlanlara verəcəklər, həmin oğlanlar da məni dəniz kənarına aparıb, orada zorlayacaqlar. Onlarla olan üç nəfər oğlan isə Asiflə Şövqiyə heç bir günahımın olmadığını və məni buraxmalarını istədilər".

"Pulumu qaytarmasını tələb etdim"

Samirə Babayeva qeyd edib ki, bundan sonra Asif Şövqiyə onun üstünü axtarmasını istəyib: "Şövqi də hər yerimi axtardı. Əynimdəki cins şalvarının arxa cibində 400 manat pulun olduğunu gördü, həmin pulu cibimdən götürdü. Sadiq avtomobilin bakına yanacaq tökəndən sonra keçib, avtomobilin sükanının arxasında əyləşdi. Çünki, Şövqi keçib, sürücü oturan yerin yanında oturmuşdu. Şövqi ilə Asifdən 400 manat pulumu qaytarmalarını tələb etdim. Onlar pulumu qaytarmayaraq, dedilər ki, pul yoxdur. Sadiq onların məndən güclə 400 manat pul aldıqlarını bilməyib. Sadiqə həmin pulu yığıb, kirayə üçün saxladığımı dedim. Sadiq onlardan pulu qaytarmalarını tələb etdi. Lakin, onlar pulu qaytarmadılar. Sonra Sadiq qorxudan onlara başqa heç nə deyə bilmədi. Rəşad avtomobili işə saldı, Şövqi və Asiflə gələn cavan oğlanlardan biri maşından düşdü və Sadiqin düşməyini istədilər. Onun sözü ilə Sadiq yerə düşdü. Həmin oğlan özü avtomobilin sükanının arxasına oturdu, Sadiq isə arxada əyləşdi. Həmin oğlan avtomobili Şövqigilin həyətinin qarşısına sürdü".

"Məni aparmaq istədilər"

Samirə Babayeva bildirib ki, avtomobil hərəkətdə ola-ola Şövqi yenə də Sadiqin boğazına bıçağı dirəyib, Asif isə onu şillə və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub: Həmin vaxt onlar məni də hədələdilər, yenə də pul istədilər. Onlara pul verməsək, üzümüzə çapıq atacaqları və məni zorlayacaqları ilə hədə-qorxu gəldilər. Şövqinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, TTY stansiyasının yaxınlığında yerləşən kirayə qaldığı evin yanına çatdıqda, orada Şövqi ilə Asif Sadiqin avtomobildən yerə düşməsini bildirdilər. Sadiq avtomobildən yerə düşdü. Sadiq yerə düşəndən sonra, onlar avtomobili sürüb, məni aparmaq istədilər. Bu zaman qışqırmağa başladım. Şövqi və Asiflə gələn oğlanlar mənimlə işləri olmamasını bildirdilər. Şövqi ilə Asif bundan sonra məni də avtomobildən düşürdülər və maşını sürüb getdilər".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Asif Allahverdiyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu qeyd edib və barəsində ədalətli qərar qəbul olunmasını istəyib.

Asif Allahverdiyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Asif Allahverdiyevin şikayəti təmin edilməyib.
loading...