Gəncədə polisi güllələdilər

http://www.bizimyol.info/az/wp-content/uploads/2017/11/polis-2.jpg

















Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb.

Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./Report
loading...