Impera

XƏBƏR LENTİ
13:34Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü videolentə aldı13:30Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO13:26Bakı metrosunda qızı geyiminə görə döydülər - VİDEO13:24Azəri qızı Güneli belə görməmişdiniz - VİDEO18:46“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər- FOTO16:58“Atasının ölümünə səbəb qızıdır” - Aytac Vidadiqızının ögey anası DANIŞDI - VİDEO23:39Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı23:38Hüseyn Əzizoğlunun anası Rozanı məhkəməyə verir — SƏBƏB - VİDEO16:45"Ərli qadın 2-3 kişi ilə görüşür, amma ərsiz özünə kişi tapanda deyirlər ..." - Könüldən SƏRT İSMARIC16:30Ermənilər quzu otaran qızı güllələdi - VİDEO16:29DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib08:23"Kaş üzümü dartdırıb, krem vurardım" - Əlikram08:18"Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - Video08:12“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”18:55"Kişiliyimə şübhən varsa, qəbuluma düş ..." - Efirdə GƏRGİNLİK - VİDEO - FOTO11:09Ankaradan Bakıya mühüm Qarabağ mesajı - “Savaş başlasa...”11:05"İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır" - Millət vəkili02:05“Fazil Mustafa kimdir ki, ondan çəkinim” - Səfirdən deputata SƏRT CAVAB01:49Şamaxıda insanlar qorxuda - 4 kəndlə əlaqə kəsildi - VİDEO19:27Dünya Çempionatının təqvimi - AÇIQLANDI19:22Yalnız bu bağçaların lisenziyası var - SİYAHI19:12Hamilə müəllimələrə ŞAD XƏBƏR - Əmək Məcəlləsinə dəyişiklik edildi19:08Bu qız əvvəl zorlanacaq, sonra edam ediləcək - Məhkəmədən ŞOK QƏRAR - FOTOFAKT19:04Fərda Hüseyn Əzizoğlunu biabır etdi - VİDEO19:02Sürücülərin NƏZƏRİNƏ: vəsiqələrin rüsumu artırıla BİLƏR18:30Millət vəkilindən sərt etiraz: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir18:28Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi18:22“Pul vermisən ki, səni...” - Aysel Pərvini susdurdu - QALMAQAL18:18"Hüseyn Əzizoğlu düz deyir, o kişi deyil" - Canlı yayımda SƏRT AÇIQLAMA - VİDEO18:16Xalq artistinin dünyaca məşhur modelə bənzəyən qızı - FOTO00:316 yaşlı uşaq mənzildə gizli otaq tapdı - İçindən çıxanlar hamını sevincə qərq etdi - FOTOLAR22:11Əlili soyundurub, butulka ilə... - Gəncədə BİABIRÇILIQ19:50Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...19:48Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - Özəl siyahı19:3814 Yaşlı qızı uzun müddət zorlayıb boğaraq öldürdülər19:32Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb19:00“Allah Məhəmmədin hakimiyyətə gəlmək üçün uydurduğu nağıldır, Quran da o nağılın kitabı” – FOTOFAKT18:53Paşinyan Azərbaycanı HƏDƏLƏDİ: "Sülh istəmirlər, müharibə edərik"12:41Porno saytlara giriş yasaqlana bilər . Millət vəkilləri belə istəyir - FOTO12:39"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA - VİDEO12:14Müğənni Elton "İnfiniti" ilə YPX maşınını əzdi - Yaralananlar var - FOTO12:10Azərbaycanlı müğənninin NARKOTİK TİCARƏTİ - ŞOK TƏFƏRRÜAT03:21Azərbaycanda BİABIRÇILIQ - Bu qadın 8 ildir ərinə xəyanət edir - "onu sevirəm" - VİDEO01:24Ramazanın 22-ci gününün duası - imsak və iftar vaxtı01:19Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi - Polis rəisinin “başı dərddə…” - VİDEO01:16Nikola Qərbdən yaşıl işıq - Kremli İrəvandan çıxarmaq üçün...01:12İrəvanda yeni aksiya - Qareginin istefası tələb edilir - VİDEO01:10Canlı yayım bitən kimi jurnalist soyuldu - VİDEO01:03Fazil Mustafadan SƏRT REAKSİYA: “Biz onların özlərini tarixin zibil qutusuna atacağıq”00:40"Mən çatdırmıram ona" - Xatirənin etirafı canlı yayıma DAMĞA VURDU - VİDEO00:35Bakıda ağacları kəsib yerində bina tikirlər - VİDEO00:33Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür… - VİDEO00:28İlhamə və Cavidan söz savaşına çıxdı: "İştirakçıları sındırmağı xoşlayır" - VİDEO21:55Azərbaycanlı əsiri evində qul kimi işlədən - ERMƏNİ GENERAL BUNU DA ETDİ21:52Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI21:48Bu müəllimlərin maaşı artırılacaq21:47Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından AÇIQLAMA21:43Lotu Quli Bakıya niyə gəlib? Afaq Aslandan sürpriz AÇIQLAMA21:40Bakıda bu yollarda hərəkət qadağan ediləcək - SİYAHI21:38Qvardiola cəzalandırıldı20:18Azərbaycanda bu kəndlərin adı dəyişdirilir - YENİ ADLAR20:14Beyin ölümü keçirənlərdən donor kimi istifadə ediləcək18:0417 rayonun icra başçısı vəzifəsindən azad ediləcək - Prezidentə ərizə yazanlar da var18:02Ordu gizli şəkildə hücuma hazırlaşır - Əsir düşmüş əsgər SİRLƏRİ AÇDI13:01Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların satışı QADAĞAN ediləcək12:59"Qarabağ" ilk transferini gerçəkləşdirdi12:57Ruhi holdinq rəhbəri oldu - Video + Fotolar12:44“Azer Yapı Market” MMC döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"12:26“Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları – FOTO12:22Bu icra başçılarıda gedəcək -DİQQƏT12:14Zidana fantastik təklif: ildə 50 milyon maaş12:09Fransa İtaliyaya qalib gəldi, millimizin rəqibi uduzdu - NƏTİCƏLƏR12:01Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI - FOTO11:32Artur Rasi-zadə onu narahat edən problemdən DANIŞDI - "Məni çox darıxdırır"11:31İşsizlərin sosial təminatları yaxşılaşdırıl11:30İki tələbə qızı maşın vurdu — Birinin vəziyyəti ağırdır11:27Ali və orta məktəblərin idarə olunması ilə bağlı yeni - QƏRAR11:17Aygün onun qucağına elə tullandı ki... - Video10:47Bakıda ermənipərəst sayt rəhbəri tutuldu10:41Ermənilər "porno diplomatiyası"nı işə saldı - Tramp Kardaşyanla görüşəcək10:38"Evimdə atamın şəkli yoxdur, amma Heydər Əliyevin şəkli var" - Nadir Qafarzadə19:36Həkim səhlənkarlığı daha bir körpəni öldürdü? Həyatım bahasına olsa da... - ŞİKAYƏT19:18"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu19:16Bakıda vəzifəli şəxs 49 milyonluq yeyintidən danışdı: "190 manat maaş almışam"19:13Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq19:12Azərbaycanlı milyarderin menecerləri həbs edildi - İnanılmaz dələduzluq...19:09Abutalıbov və oğlu ilə bağlı ilginc iddialar19:04Azərbaycan vətəndaşları üçün bu Avropa ölkəsinə viza rejimi ləğv edildi23:10“Sülh yolu alınmasa Ali Baş Komandanın əmri ilə sözü Milli Ordu deyəcək” — deputat Əliağa Hüseynov23:09Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: oğul anasını güllələyərək ÖLDÜRDÜ18:08"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ15:04Bu otu yeyən əkiz doğur15:03"Qarabağ"ın potensial rəqibləri məlum oldu15:01Azərbaycanlılar fermeri öldürüb, arvadına təcavüz etdilər14:59Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub - Foto11:32Bu da Murad Arifin "Oppalara"sı11:24Məşhur kanal müğənninin erotik rəqsini yayımladığına görə üzr istədi - FOTO11:20"Ona təcavüz edib videoya çəkin. Qız uşağı deyil, heç nə bilinməz" - VİDEO - FOTO11:17Yarım mövsüm gözlədi, “Milan”a keçdi11:12Problemsiz avtomobillərin REYTİNQİ
BÜTÜN XƏBƏRLƏR

"Bu, xalqımızın üzləşdiyi ən ağır sınaq idi" - Əli Həsənov

31 Mrt 2018, 14:18   
"Bu, xalqımızın üzləşdiyi ən ağır sınaq idi" - Əli Həsənov
Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı işə başlayıb

Trend-in məlumatına görə, “Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi başlayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandığını xatırladaraq bildirib ki, Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi 2007-ci ildə Quba şəhərində aşkar olunmuş məzarlığın qorunub saxlanması məsələsinin həmişə Azərbaycan Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayaraq deyib: "Dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalamışdır. Sərəncam əsasında Kompleksdə mövcud vəziyyətin araşdırılması və baş verən aşınma proseslərinin qarşısının alınması məqsədilə komissiya yaradılmışdır. Komissiya belə bir qənaətə gəlmişdir ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunmuş və bu barədə ölkə rəhbərliyinə məruzə edilmişdir. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub".

Daha sonra Ə.Həsənov qeyd edib: "Əslində azərbaycanlıların 1918-ci il soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq idi. Amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. Bildiyiniz kimi, iki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün cənab Prezident 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalamışdır.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdı. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olmuşdur. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim olunur, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılmışdır".

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Respublikası 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulub: "Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar.

Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır.

Bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elm ictimaiyyətinin bir töhfəsidir. Şübhə yoxdur ki, konfransda maraqlı məruzə və çıxışlar dinləniləcək, yeni faktlar və dəyərli təkliflər səsləndiriləcəkdir".
loading...