Bakıda 40 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb

https://apa.az/upload/images/news/2017/december/20/big/bichaq.jpg














Bakıda bıçaqlanma olub. maraqli.info APA-a istinadən xəbər verir ki, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O xəstəxanaya qardaşı tərəfindən gətirilib.



Yaralanan şəxs bıçaqlayan şəxsi tanımadığını bildirib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
loading...