Bakıda biznes mərkəzində bədbəxt hadisə - Fəhlənin ayaqları sındı

http://qafqazinfo.az/uploads/1513867976/fehle.jpg


Bakıda biznes mərkəzində bədbəxt hadisə baş verib.

maraqli.info Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki “LUXEN” Plaza biznes mərkəzində baş verib.

Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, “BMW” markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.
loading...