Türkiyədə sərnişin avtobusu aşdı: 31 nəfər xəsarət aldı

https://i.virtualaz.org/221633_res_01.jpg












Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Antalyadan Tokat istiqamətində hərəkət edən 34-FA-4603 dövlət seriya nişanlı sərnişin avtobusu aşıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə yolun buzlu olması səbəb olub.
loading...