“Mançester Yunayted”in yarımmüdafiəçisi karyerasını başa vurur

https://apa.az/upload/images/news/2018/january/20/big/dt8bmuvxuae4d8o-pic685-685x390-3773.jpg











“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Maykl Kerrik 2017/18-ci il mövsümü başa çatdıqdan sonra karyerasını başa vuracaq.



Bu barədə “Sky Sports”a klubun baş məşqçisi Joze Mourinyo bildirib.



Onun sözlərinə görə, 36 yaşlı futbolçu klubun məşqçilər heyətində yer alacaq.



2006-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyan M.Kerrik 314 matçda meydana çıxıb və 17 dəfə rəqib qapılarına yol tapıb./APA
maraqli.info
loading...