Suares bu göstəricidə Messini qabaqladı

http://cdn.musavat.com/news/thumbnails/e6af5d5b2cd49feebdc42b5acdb71d38.jpg













İspaniya La Liqasının 20-ci turunda “Betis” üzərində 5:0 hesablı qələbə “Barselona”nın futbolçusu Luis Suares üçün əlamətdar olub.

Görüşdə dubl edən uruqvaylı hücumçu “Barselona”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci “Barsa”lı olub.

Ancaq Suares bu göstəricidə digər 4 həmkarını qabaqlayıb. O, 100 qolu 114 oyunda vurub ki, bu da klub tarixinin ən yaxşı göstəricisidir.

Buna qədər ən yaxşı göstərici Samuel Etoya məxsus idi. Kamerunlu hücumçu 100 qolu 130 oyunda vurub. Lionel Messi isə 100 qolu 154 oyunda vurub. Ladislav Kubala 132, Sesar isə 159 oyunda 100 qol həddinə çatıb./Qol.az
loading...