Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

http://www.azadliq.az/wp-content/uploads/2017/01/rep-0c816fbbefb4d33af0fa1ce9baaab3c4.jpg








18 Yanvar, 2018 11:11 xeber – Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.
“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.
Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.
Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub.
loading...