Impera

XƏBƏR LENTİ
18:46“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər- FOTO16:58“Atasının ölümünə səbəb qızıdır” - Aytac Vidadiqızının ögey anası DANIŞDI - VİDEO23:39Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı23:38Hüseyn Əzizoğlunun anası Rozanı məhkəməyə verir — SƏBƏB - VİDEO16:45"Ərli qadın 2-3 kişi ilə görüşür, amma ərsiz özünə kişi tapanda deyirlər ..." - Könüldən SƏRT İSMARIC16:30Ermənilər quzu otaran qızı güllələdi - VİDEO16:29DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib08:23"Kaş üzümü dartdırıb, krem vurardım" - Əlikram08:18"Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - Video08:12“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”18:55"Kişiliyimə şübhən varsa, qəbuluma düş ..." - Efirdə GƏRGİNLİK - VİDEO - FOTO11:09Ankaradan Bakıya mühüm Qarabağ mesajı - “Savaş başlasa...”11:05"İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır" - Millət vəkili02:05“Fazil Mustafa kimdir ki, ondan çəkinim” - Səfirdən deputata SƏRT CAVAB01:49Şamaxıda insanlar qorxuda - 4 kəndlə əlaqə kəsildi - VİDEO19:27Dünya Çempionatının təqvimi - AÇIQLANDI19:22Yalnız bu bağçaların lisenziyası var - SİYAHI19:12Hamilə müəllimələrə ŞAD XƏBƏR - Əmək Məcəlləsinə dəyişiklik edildi19:08Bu qız əvvəl zorlanacaq, sonra edam ediləcək - Məhkəmədən ŞOK QƏRAR - FOTOFAKT19:04Fərda Hüseyn Əzizoğlunu biabır etdi - VİDEO19:02Sürücülərin NƏZƏRİNƏ: vəsiqələrin rüsumu artırıla BİLƏR18:30Millət vəkilindən sərt etiraz: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir18:28Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi18:22“Pul vermisən ki, səni...” - Aysel Pərvini susdurdu - QALMAQAL18:18"Hüseyn Əzizoğlu düz deyir, o kişi deyil" - Canlı yayımda SƏRT AÇIQLAMA - VİDEO18:16Xalq artistinin dünyaca məşhur modelə bənzəyən qızı - FOTO00:316 yaşlı uşaq mənzildə gizli otaq tapdı - İçindən çıxanlar hamını sevincə qərq etdi - FOTOLAR22:11Əlili soyundurub, butulka ilə... - Gəncədə BİABIRÇILIQ19:50Tovuz Elektrik Şəbəkəsində özbaşınalıq - aprel qazimizə qarşı hörmətsizlik...19:48Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - Özəl siyahı19:3814 Yaşlı qızı uzun müddət zorlayıb boğaraq öldürdülər19:32Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb19:00“Allah Məhəmmədin hakimiyyətə gəlmək üçün uydurduğu nağıldır, Quran da o nağılın kitabı” – FOTOFAKT18:53Paşinyan Azərbaycanı HƏDƏLƏDİ: "Sülh istəmirlər, müharibə edərik"12:41Porno saytlara giriş yasaqlana bilər . Millət vəkilləri belə istəyir - FOTO12:39"Bakirəyəm dedim, dinləmədilər" - Yaşlı kişilərə satılan tələbə qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA - VİDEO12:14Müğənni Elton "İnfiniti" ilə YPX maşınını əzdi - Yaralananlar var - FOTO12:10Azərbaycanlı müğənninin NARKOTİK TİCARƏTİ - ŞOK TƏFƏRRÜAT03:21Azərbaycanda BİABIRÇILIQ - Bu qadın 8 ildir ərinə xəyanət edir - "onu sevirəm" - VİDEO01:24Ramazanın 22-ci gününün duası - imsak və iftar vaxtı01:19Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi - Polis rəisinin “başı dərddə…” - VİDEO01:16Nikola Qərbdən yaşıl işıq - Kremli İrəvandan çıxarmaq üçün...01:12İrəvanda yeni aksiya - Qareginin istefası tələb edilir - VİDEO01:10Canlı yayım bitən kimi jurnalist soyuldu - VİDEO01:03Fazil Mustafadan SƏRT REAKSİYA: “Biz onların özlərini tarixin zibil qutusuna atacağıq”00:40"Mən çatdırmıram ona" - Xatirənin etirafı canlı yayıma DAMĞA VURDU - VİDEO00:35Bakıda ağacları kəsib yerində bina tikirlər - VİDEO00:33Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür… - VİDEO00:28İlhamə və Cavidan söz savaşına çıxdı: "İştirakçıları sındırmağı xoşlayır" - VİDEO21:55Azərbaycanlı əsiri evində qul kimi işlədən - ERMƏNİ GENERAL BUNU DA ETDİ21:52Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI21:48Bu müəllimlərin maaşı artırılacaq21:47Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından AÇIQLAMA21:43Lotu Quli Bakıya niyə gəlib? Afaq Aslandan sürpriz AÇIQLAMA21:40Bakıda bu yollarda hərəkət qadağan ediləcək - SİYAHI21:38Qvardiola cəzalandırıldı20:18Azərbaycanda bu kəndlərin adı dəyişdirilir - YENİ ADLAR20:14Beyin ölümü keçirənlərdən donor kimi istifadə ediləcək18:0417 rayonun icra başçısı vəzifəsindən azad ediləcək - Prezidentə ərizə yazanlar da var18:02Ordu gizli şəkildə hücuma hazırlaşır - Əsir düşmüş əsgər SİRLƏRİ AÇDI13:01Milli Məclis yeni QANUN qəbul edir: Bu məhsulların satışı QADAĞAN ediləcək12:59"Qarabağ" ilk transferini gerçəkləşdirdi12:57Ruhi holdinq rəhbəri oldu - Video + Fotolar12:44“Azer Yapı Market” MMC döyülən işçisinin iddialarına cavab verdi: “Hadisə şəxsi münaqişə zəminində baş verib"12:26“Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları – FOTO12:22Bu icra başçılarıda gedəcək -DİQQƏT12:14Zidana fantastik təklif: ildə 50 milyon maaş12:09Fransa İtaliyaya qalib gəldi, millimizin rəqibi uduzdu - NƏTİCƏLƏR12:01Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI - FOTO11:32Artur Rasi-zadə onu narahat edən problemdən DANIŞDI - "Məni çox darıxdırır"11:31İşsizlərin sosial təminatları yaxşılaşdırıl11:30İki tələbə qızı maşın vurdu — Birinin vəziyyəti ağırdır11:27Ali və orta məktəblərin idarə olunması ilə bağlı yeni - QƏRAR11:17Aygün onun qucağına elə tullandı ki... - Video10:47Bakıda ermənipərəst sayt rəhbəri tutuldu10:41Ermənilər "porno diplomatiyası"nı işə saldı - Tramp Kardaşyanla görüşəcək10:38"Evimdə atamın şəkli yoxdur, amma Heydər Əliyevin şəkli var" - Nadir Qafarzadə19:36Həkim səhlənkarlığı daha bir körpəni öldürdü? Həyatım bahasına olsa da... - ŞİKAYƏT19:18"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu19:16Bakıda vəzifəli şəxs 49 milyonluq yeyintidən danışdı: "190 manat maaş almışam"19:13Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq19:12Azərbaycanlı milyarderin menecerləri həbs edildi - İnanılmaz dələduzluq...19:09Abutalıbov və oğlu ilə bağlı ilginc iddialar19:04Azərbaycan vətəndaşları üçün bu Avropa ölkəsinə viza rejimi ləğv edildi23:10“Sülh yolu alınmasa Ali Baş Komandanın əmri ilə sözü Milli Ordu deyəcək” — deputat Əliağa Hüseynov23:09Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: oğul anasını güllələyərək ÖLDÜRDÜ18:08"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ15:04Bu otu yeyən əkiz doğur15:03"Qarabağ"ın potensial rəqibləri məlum oldu15:01Azərbaycanlılar fermeri öldürüb, arvadına təcavüz etdilər14:59Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub - Foto11:32Bu da Murad Arifin "Oppalara"sı11:24Məşhur kanal müğənninin erotik rəqsini yayımladığına görə üzr istədi - FOTO11:20"Ona təcavüz edib videoya çəkin. Qız uşağı deyil, heç nə bilinməz" - VİDEO - FOTO11:17Yarım mövsüm gözlədi, “Milan”a keçdi11:12Problemsiz avtomobillərin REYTİNQİ23:25Kişiləri “ərə gedən” kənd: Orda qadınlar evə kişi gətirir - FOTO00:12Qızlar rəfiqələrini hamama aparıb, döyüb, soyundurdular - VİDEO00:07Türkiyə gəmisi raketlə vuruldu: ABŞ donanması hərəkətə keçdi00:03Bu ölkədə qadınlar yatmaq üçün oğlanlara pul təklif edirlər
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır

19 Nis 2018, 17:09   
Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır
Bakı şəhərində avtobusdan başqa bütün yerüstü ictimai nəqliyyat alternativlərinin düşüncəsiz formada sıradan çıxarılması və şəxsi maşınların kontrolsuz şəkildə artışı ona gətirib çıxarıb ki, yol infrastrukturuna nə qədər vəsait xərclənsə də, tıxac problemini həll etmək mümkün olmur.

Faktik olaraq ölkədə metro tikintisi də çox zəif səviyyədədir, son illərdə yeni metro stansiyalarının açılmaması da bunun göstəricisidir. Şəhər əhalisi regionlardakı işsizliyin hesabına sürətlə artmaqdadır.

maraqli.info xəbər verir ki, bunu BQP başqanı, millət vəkili Fazil Mustafa qeyd edib.

Onun sözlərinə görə, bu gün ayrı-ayrı yerlərdə ən aşağı profilli işlərin çoxunu rayondan gəlmiş ali təhsilli insanlar yerinə yetirirlər: yükdaşıyanlar, ustalar, taksi sürücülərinin əksəriyyəti bu kateqoriyadan olan insanlardır.

“İşsizliyin səviyyəsi yüksəkdir. Yol hərəkətini tənzimləyin polis qardaşlarımızın da işinin ağırlığı göz qabağındadır.

İnfrastruktur doğru qurulmayanda polis nə qədər fədakarlıq edirsə-etsin, tıxacları önləməkdə xeyli əziyyət çəkir”, – deyən millət vəkili bildirib ki, bu mövzu mütləq geniş səviyyədə müzakirə olunub, optimal yollar tapılmalıdır:

“Bu yollardan birini təklif kimi gündəmə gətirməyi düşünürəm.

Bu təklifi Monteneqroda müşahidə etdiyim bir tərtibatla bağlı ideya olaraq mənimsədim. Bu ölkədə dövlət qulluğuna aid bütün işlər saat 07:00-da başlayır və günorta saat 15:00-da tamamlanır.

Saat 12.00-dan 12.30-dək fasilə nəzərdə tutulur. Yeddi saat yarımlıq bir iş saatından söhbət gedir. Bu tərtibatın üstünlüyü aşağdakılardır:

– Gün doğar-doğmaz iş saatı başlayır.

– Böyük bir məmur ordusu erkən işə getməklə tıxacın səviyyəsini aşağı salır. Məktəblərdə dərslərin 08:00-da, özəl sektorun əksəriyyəti üçün də işin 09.00-10.00 arası başladığını nəzərə alarsaq, yol hərəkəri üçün təbii bir yük bölüşdürmə baş verəcək.

– Metro və avtobusların iş saatı 06:00-dan başlayırsa, onların erkəndən sərnişin daşıma potensialı artır, adamlar bir-birinə ölümünə sıxışaraq nəqliyyat zülmü çəkmirlər.

– İnsanlar erkən yuxudan oyanacaqlarına görə axşam mənasız seriallardan və bozbaş şoulardan xilas olacaqlar, erkən yatıb, erkən oyanmağa vərdiş edəcəklər.

– Saat 15.00-da işdən çıxandan sonra məmurlar şəxsi və ailə problemlərinə daha çox diqqət ayıra biləcəklər, rahat idmanla məşğul olacaqlar, yayda çimərliklərə və bağ yerlərinə baş çəkmək imkanları artacaq, sağlıq problemləri ilə məşğul olmağa vaxtları çox olacaq, ticarət və iaşə yerlərinə rahat baş çəkə biləcəklər, vaxtın verdiyi imkan sayəsində alış-veriş imkanları güclənəcək, bu isə iqtisadiyyata ciddi töhfə ola bilər.

– Üstəlik, toy məclislərinə, yas yerlərinə və ya kino, teatra getməyə bir neçə saat vaxtları olacaq.

– Pik saatları deyilən 18:00-19:30 arası müddətdə artıq yollarda işdən çıxan məmurlar olmadığına görə tıxac ehtimalı da xeyli azalacaq.

Əlbəttə, söylənilənlər ancaq dövlət qulluğu ilə əlaqəli sahələrə aiddir, bu, ölkədə tıxac yükünün azaldılması üçün alternativ təkliflərdən biridir.

ABŞ-da olarkən bir müşahidəmi indi də unutmuram.

Fikrimcə, ABŞ-ın böyük imperiya qüdrəti əldə etməsinin əsas səbəbi günəşin doğması ilə iş mühitinin başlaması ciddi əlaqəlidir.

ABŞ-da iş prosesi erkən başlayır, iş saatları erkən tamamlanır və enerjinin bərpası üçün insanların kifayət qədər vaxtı qalır.

Günəşin oyanışı həm də insanın oyanışıdır. İslam dünyasında bu, hətta dini fərzlər sırasında yer alır, çünki sübh namazının ilahi təyinatı məhz günəşin doğmasına qədər insanın oyanışı, ibadəti və günəşin doğuşu ilə günlük yaşama başlaması ideyasına bağlıdır.

Təəssüf ki, İslam dünyasının böyük əksəriyyəti günəşin doğmasına qədər oyanmış, ibadətini etmiş və günəş doğar-doğmaz yatmağa üstünlük vermiş. Geriliyin bir səbəbini, bəlkə də, bu amildə axtarmaq lazım”.

O qeyd edib ki, söylədikləri Milli Məclisin (MM) də iş rejiminə aid olmalıdır:

“Sübh tezdən qəbul olunacaq qanunların ekoloji təmizliyi hər halda fərqli ola bilər. Hökumətin qərarlarından isə büsbütün günəş enerjisi aşıb-daşar.

Fikrimcə, optimal yollar barədə düşünməklə yanaşı, Bakıda bütün gücü metro tikintisinə yönəltmək lazımdır.

Hökmən deyil ki, bütün stansiyalar yer altında olsun, bəzi az məskunlaşmış ərazilərdə bunu yer üstünə də çıxarmaq mümkündür. Təsəvvür edin ki, Bakıda hava limanına metro nəqliyyatı olarsa, insanların işi nə dərəcədə asanlaşmış olardı.

Bir çox hallarda “tıxac” sözünün mənasının arxasından həm də “tıxmaq” ifadəsi boylanır. Tıxmaq xirtdəyəcən əlinə düşəni basıb yeməkdir.

Hər birimiz Allahın gözümüzün önünə qoyduğu nemətləri normasında yesək, yəni xirtdəyəcən tıxmasaq, nə yollarda, nə də düşüncələrimizdə tıxac yaranar”.
loading...