Səfir: Azərbaycan-Yunanıstan əlaqələri daha da genişləndiriləcək

https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/15127639924681444046_1000x669.jpgBu gün Yunanıstan ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Biz müxtəlif sahələr üzrə əməkdaşlıq edirik. Yunanıstan ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Gələcəkdə əlaqələrimizin daha da genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos deyib.

Ölkələrimiz arasında siyasi əlaqələrin sürətlə inkişaf etdiyini bildirən diplomat mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib: “Mən Azərbaycandakı fəaliyyətim dövrümdə Yunanıstan mədəniyyətinin təbliği və bu sahədə ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək istəyirəm. Düşünürəm ki, ölkələr arasında əlaqələrin genişləndirilməsində mədəniyyət çox mühüm rol oynayır”. Nikolaos Kanellos əlavə edib ki, bu yaxınlarda Bakıda Yunanıstan səfirliyin dəstəyi ilə azərbaycanlı rəssamlarla birgə növbəti mədəniyyət tədbiri təşkil olunacaq.
loading...