Ərdoğan: "Tramp öz qanunsuz qərarını ləğv etməlidir"

https://i.virtualaz.org/221275_res_01.jpg












Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözləyir ki, ABŞ prezidenti Donald Tramp Qüdsün statusu üzrə BMT-nin Baş Assambleyasında səsvermənin nəticələrinə əsasən qəbul edilən qətnamədən sonra bu şəhərin İsrailin paytaxtı elan edilməsi ilə bağlı qərarını ləğv edəcək.

maraqli.info Virtualaz.org-qa istinadən bildirir ki, bu barədə Türkiyə lideri öz Twitter səhifəsində yazıb.

"Biz BMT-nin Qüdslə bağlı böyük səs çoxluğu ilə qəbul edilmiş tarixi qətnaməsini məmnunluqla alqışlayırıq. Gözləyirik ki, Tramp administrasiyası öz uğursuz qərarını, hansının ki, qanunsuzluğu BMT Baş Assambleyası tərəfindən dəqiq müəyyən edilib, dərhal ləğv edəcək”, - deyə Ərdoğan vurğulayıb.
loading...