Impera

XƏBƏR LENTİ
20:11Neftdən qazanılan pulla problemli kreditlər ödənilsin - EKSPERTDƏN TƏKLİF19:56Azərbaycanlı aktrisa: "Qızım məndən çox arzulayır ki, ailə qurum" - FOTO19:51Prezident İlham Əliyev AXC-nin 100 illiyi münasibətilə əfv sərəncamı imzalayıb - SİYAHI17:58"Həyat yoldaşı ilə yatmaq onlar qədər zövq vermir" - Aygün17:55Toyda şok: bəy tamaha görə gəlini boşadı - FOTO17:52Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlandı - YENİLƏNİB17:40Sürücülərin DİQQƏTİNƏ! Keyfiyyətli mühərrik yağını bu cür ayırd edin - VİDEO - FOTO17:34Azərbaycanda kreditlərin məqsədyönlü istifadəsinə nəzarət gücləndiriləcək17:29Qarabağ 9 futbolçu ilə yolları ayırdı - RƏSMİ17:28DİN-dən polis şöbəsindəki insidentlə bağlı AÇIQLAMA17:20Prezident əfv imzaladı - Siyahıda 634 nəfər var18:44Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)18:37Kreditlə kartof əkib, sata bilməyən fermer belə ağladı- VİDEO18:13Jirinovskidən ilginc təklif: Gənclik yaşı 60-a qaldırılsın17:28Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olundu16:12Təranə Qumral məhkəmə qarşısında - 3 ilə qədər həbs...16:05Xurmadan sonra niyə bir stəkan su içməliyik? – SƏBƏB…16:00“Bank of Baku” ilə müştəri arasında plastik kart davası15:57Laçın sakinlərindən “Qaçqınkom”un sədrinə şikayət: “İcra başçısı deyir ki, gedin kirayədə qalın...”14:06Bakıdakı partlayışa görə tutulan “vəzifəli” keçmiş tikinti baronudur - İLGİNC13:16“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov13:14“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız12:17Naxçıvan əhalisinin sayı açıqlanıb12:15Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”12:14Səlim Müslümovun sosial yardım hoqqaları - İTTİHAM12:13Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM12:11"Azərsığorta" vətəndaşın haqqını yeyir... - GİLEY10:59Riçard Almeyda "Qarabağ"dan getdi - Hansı kluba?10:17“Məmur uşaqları xaricdə oxuyur, kasıb balaları səngərdə qırılır”10:11"Bu adamın fəaliyyətini araşdırsınlar" - GİLEY10:08Günün qoroskopu: çətinliklər müvəqqətidir10:00Nazir 4 vəzifəli şəxsi işdən çıxardı09:56Bakıda kafedə partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb09:55ƏƏSMN sistemindəki yeyintilərin KİLİD İSMİ: Əjdər Ol - İTTİHAM09:54Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozub09:51ABŞ Maduronun Venesueladakı prezident seçkilərində qələbəsini qeyri-qanuni sayır09:49Manat və dolların bugünkü MƏZƏNNƏSİ18:34Yusif Eyvazov Xalq artisti oldu18:26Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb17:25Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb – Yenilənib17:24Nazir kollecə yeni direktor təyin etdi17:04Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq16:07İlham Əliyev sabiq icra başçısına yeni vəzifə verdi (FOTO)15:36“Stimul Hospital” CAN ALIR – Qadın plastik əməliyyatın qurbanı oldu15:35Ərdoğan AKP-nin 200 deputatını dəyişdi15:33""Dobromed" Hospitalında pulumu alıb, gözümü kor etdilər..." - GİLEY15:31“Aztelekom” abunəçiləri şirkətdən narazıdır - GİLEY15:27Şəhidimiz Ağstafada böyük izdihamla qarşılandı (VİDEO)15:25Azərbaycanlı icra başçısı işə avtobusla gedir (FOTOLAR)15:21İlham Əliyev Serbiya prezidenti ilə görüşüb15:20Topçubaşovun 95 yaşlı nəvəsi: "Azərbaycana getmək istəyirəm" (FOTO)15:17“Papito” ilə məşhurlaşan Seeya Bakıda klip çəkdi-FOTO,VİDEO13:51Azərbaycanda sosiskanın içərisindən qurd çıxdı – VİDEO13:50Nazir islahatlara başladı: Əlillik yeni üsullarla təyin olunacaq13:49Əfv üçün müraciət edənlərin siyahısı prezidentə təqdim edildi11:06Bayılda hündürmərtəbəli bina çökür10:52Səlim Müslümovun “sağ əli” olan Elnur Məcidovun da işi araşdırılacaq10:50Qorxu filmi kimi “Koroğlu” MMC: intihar, həbs, işgəncə...10:42Manat və dolların bugünkü MƏZƏNNƏSİ10:41İqtisadçı sosial mənzillərin şərtlərinə qarşı çıxdı: - “Ədalətli deyil!”10:03Maduro yenidən Venesuelanın prezidenti seçilib09:56Pedro Aqramunt AŞPA-dan istefa verib09:54Atəşkəs 97 dəfə pozuldu09:53103 yaşlı Hollivud aktrisası vəfat etdi09:51Keçmiş bankirə “Aqrolizinq”də yüksək vəzifə verildi09:50Günün qoroskopu: yaxşı tanımadığınız insanlarla təmaslarda diqqətli olun09:06Siqaret çəkənlər üçün vacib məlumatlar19:22Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisə gətirildi17:57DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub - SİYAHI17:50Rusiyada müxalifət yeni partiya təsis edib17:38İlin toyu – FOTO16:32Şəbnəm Tovuzlunun həyat yoldaşının kimliyi bilindi – Mülklər, obyektlər…16:30VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi? - Dövləti belə talayıblar16:27Oqtay Şirəliyev onun yerinə nazir olmaq istəyən deputatı işdən qovdu - GƏLİŞMƏ15:31Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” qruplaşmasını terrorçu kimi tanıdı15:263-cü ölkə səfirliyini Qüdsə köçürür15:24Yeni icra başçısı kimin oğludur?14:28“Öz karyeramı tanışlıq-filan hesabına qurmamışam...” - Ayaz Mütəllibov13:31Deputat: "Uşağına tərbiyə verə bilmir, amma bağça müdiri işləyir"12:1220 Yanvar faciəsinin baiskarı – 93 yaşlı Yazov ömürlük həbs oluna bilər12:09"Viaqra"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə12:03“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? - yeyinti ittihamı12:02Tanınmış aktrisa “Unibank”da kobudluqla üzləşdiyini deyir10:12Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR10:06Ruhani ABŞ və İsrailə qarşı sanksiyalar tətbiq etməyə təklif edib10:04Araşdırma başlayıb - Kimlər həbs olunacaq?10:01Ermənilər atəşkəs rejimini 102 dəfə pozub10:00Kubada qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində 113 nəfər olub – VİDEO09:34Xərçəngə qalib gəlməyin yolu tapıldı09:32Bugün bürcünüz nələr vəd edir?18:41Hacı Əbdül - 7818:30Prezident daha bir icra başçısını işdən çıxartdı - Yeni təyinat18:20"Bank Respublika"nın 4 əməkdaşına cinayət işi açıldı - 2 MADDƏ İLƏ18:19“AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü18:07Liya Bayramovanın yerinə təyinat olub?17:23Bu ölkənin əhalisinin yarısı yaşamaq üçün mübarizə aparır17:22Rövşən Rzayev şöbə müdirini işdən çıxardı16:08Səməd Seyidov: Sanksiyaya məruz qalmağımdan şərəf duyuram15:51Qadınların arxasınca fit verənlər cəzalandırılacaq - 1500 manat...14:44Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru - xanım Haspel
BÜTÜN XƏBƏRLƏR
Mayıs 2018 (488)
Nisan 2018 (736)
Mart 2018 (164)
«    May 2018    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar

19 Nis 2018, 13:49   
Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar
Rəfael Əsgərov: “O, korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir”; Çərçivə: “Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik”

Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkənin arasındakı davaya dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Artıq iş üzrə məhkəməyə hazırlıq iclası keçirilib, aprelin 19-da növbəti proses baş tutacaq. Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin atası Rəfael Əsgərov “Yeni Müsavat”a açıalama verərək bildirib ki, Qüdrət Şükürov korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir: “Cənab prezident İlham Əliyev cızığından çıxan yüksək mənsəb sahibi olan məmur övladlarının, onların qohum əqrabalarının cəzalandırılmasını tapşırır. Ancaq Qüdrət Şükürovun, dövlət büdcəsini yeyib dağıdan birinin, “Moskva OTİS” lift idarəsinin erməni müdiri ilə əlbir olub, Azərbaycan lift idarəsinə ayrılan pulları mənimsəyən biri bizə meydan oxuyur. Azərbaycanda köhnə binalarda liftlərin acınacaqlı durumu göz qabağındadır. Bunu hamı görür. Digər tərəfdən də Qüdrət Şükürovun dəbdəbəli həyatına baxın. Həmin binalardakı liftlərin o durumda olmasının səbəbkarı Qüdrət Şükürovdur. Bu məmur o qədər özünə arxayındır ki, 3 dəfə oğlumu döydürüb, indi də oğlumu şərləyib məhkəmə qarşısına çıxartdırıb. Onun böyük qardaşı var, ötən il mənimlə görüşdü. İstəyirdim ki, oğlumdan əl çəksinlər. Dedi ki, sənin şikayətlərindən sonra Qüdrətdən 10 milyon pul alıblar. Biz səndə o qisası qoymayacağıq. Oğlunu türməyə göndərəcəyik. Orada da başını əkəcəyik. Yəni oğlunu öldurtdürəcəyik”.

Rəfael Əsgərov deyir ki, oğlu ilə Qüdrət Şükürovun qızının ayrılmısının səbəbkarı qarşı tərəfdir: “Oğlum onun qızı ilə 4 il evli olub. Oğlum universiteti bitirəndən sonra hərbi xidmətdə idi. Onun xidmətdə olduğu dövrdə münasibətləri pozuldu. Sonradan bunun səbəbini də bildik. Oğlum xidmətdən icazə alıb gecə yarısı evə gəlmişdi. Həmin vaxt həyat yoldaşının içkili halda taksidən düşdüyünü görmüşdü. Bundan sonra aralarında söz-söhbət olmuşdu, oğlumu polisə vermişdilər. Guya oğlum yoldaşını vurub, burnunu sındırıb. Araşdırdılar, məlum oldu ki, onun burnu sındırılmayıb, həmin mübahisədən 1 həftə əvvəl Türkiyədə burnunu plastik əməliyyat etdirib. Yəni boşanmada oğlumun günahı yoxdur. Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik. Hara gediriksə, pulla şikayətimizi özümüzə qarşı çevirir. Bu adam harınlayıb. Gedib özümü Bakı Şəhər Prokurorluğunun qarşısında yandıracağam. Ora gedirəm, sanki məni yola verirlər. Şikayətlərimi araşdırmırlar. Mən Yeni Azərbaycan Partiyasının ilk yüzlükdə olan üzvlərindənəm. Mən bilirəm ki, oğluma qarşı törədilən və bu cinayətin ört-basdır olunmasından, oğlumun qondarma ittihamla məhkəmə qarşısına çıxarılmasından dövlət başçısının xəbəri yoxdur. Dövlət başçısı hər çıxışında xüsusi vurğulayır ki, dövlət məmuru özünü elə aparmalıdır ki, başqalarına nümunə olsun. Qüdrət Şükürovdan nə nümunə götürmək olar? O, deyir ki, qısas alacaq. Axı mənim cavan, perspektivli, ali təhsilli oğlum yalançı ittihamlarla niyə həbs olunmalıdır. Hadisə baş verən ərazidə 3 kamera var. Dəfələrlə vəsatət veririk ki, həmin kameraların yaddaşını çıxarın baxaq görək kim kimə xəsarət yetirib? Kameraların yaddaşını ortaya çıxarmırlar. Gizlədirlər. Əgər mənim oğlum onun yeni kürəkənini döysəydi, həmin videolar çoxdan ortalıqda idi. Bu qədər saxtakarlıq, qanunsuzluq olmaz. Baş prokuror Zakir Qaralovdan dönə-dönə xahiş edirik, məsələni nəzarətə götürsün. Qüdrət Şükürov büdcədən taladığı çirkin pullarla hamını susdura bilir. Bütün ittihamları bizə qarşı yönəldirlər. Mənə hədə-qorxu gəlirlər, deyirlər səni də, oğlunu da aradan götürdəcəm. Səni böhtançı kimi həbs etdirəcəyik. Hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərəm ki, məni qəbul etsinlər, mən onun Azərbaycandakı, Türkiyədəki bütün obyektlərinin yerini aparıb göstərim. Bu dövlət məmuru nə qədər maaş alır ki, bir belə mal-mülk yığıb? İndi də bir Azərbaycan vətəndaşının həbsinə nail olur? Mənim oğlumu 3 dəfə döyüblər. 2-ci dəfə oğlumu “Bizim ev” kafesində döyüblər. Bunun şahidləri də var. İş üzrə oğlumu ekspertizadan da keçiriblər. Nəsimi rayon Məhkəmə Tibb Ekspertizasının rəyi var ki, oğlum az ağır xəsarətlər alıb. Elşəni 6 nəfər elə döymüşdülər ki, 3 gün oğlum şokdan ayılmadı. Bu işi bir kənara qoyublar, Qüdrət Şükürovun indiki kürəkəni haqda cinayət işi başlamaqdan yayınırlar”.

R.Əsgərli deyir ki, Qüdrət Şükürovun cəmi 510 manat maaş alması müqabilində, Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var: “Mən cənab prezidentin ədalətinə inanıram. Bu məmur büdcəni talamaqda davam edir. Hər gün Bakı Lift İdarəsində dövlətin pulunu yeyirlər. Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada “Moskva OTİS” rəhbəri Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. O, liftlərin qiymətini baha qiymətə rəsmiləşdirsə də, əslində ucuz qiymətə keyfiyyətsiz liftlər sifariş edir. Bir liftin qiyməti 10 min manatdırsa, 5 dəfə, bəzən 10 dəfə şişirtmə ilə rəsmiləşdirib Bakıya gətirirlər. Dövlət hesabından milyonlarla pul lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan “otkat” alır. Bir dəfə mənimlə Moskvaya getmişdi. Ona orada 1 dəfəyə 337 min dollar pul atdılar. Qüdrət Şükürov “otkat” almağa getdi. Həmin Markaryanın köməkçisi ona 337 min dollar “otkat”ı verdi. Həmin pulu Elnur adlı birinə vermişdi ki, ofşor şirkət vasitəsi ilə hesabına keçirsin. Elnur dedi ki, pullar ofşor şirkətdə it-bata düşüb. Deməyim odur ki, dövlətin pulunu bu adam belə ələ keçirirdi. Mən özüm onun “Azəriqazbank”in filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. Hər dəfə 1 milyon, 800 min dollar “otkat” alırdı. İndi də həmin pullardan xərcləyib bizim başımıza oyun açdırır. Cənab prezidentin ayırdığı pulları belə mənimsəyirdi. O, liftlər üçün dövlətdən pul alırdı, pulları nağdlaşdırıb ələ keçirir, yalandan statistik rəqəmlər hazırlayıb ölkə rəhbərliyini aldadır”.

Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüququ mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, Elşən Əsgərli və 2 dostuna Cinayət Məcələsinin 221-ci - xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar
Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar
Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar
OXŞAR MÖVZULAR